Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynovun yaradıcılığında yenilik var. Müğənninin mətbuat katibinin SİA-ya verdiyi məlumata görə, o, iki yeni klip çəkdirməyi planlaşdırır.
Unudulmaz müğənni Akif İslamzadənin repertuarında dinlədiyimiz "Qurban verərdim" mahnısına klip çəkdirməyə hazırlaşan Zamiq bu işini rejissor Fuad Əlişova həvalə edir.
Digər bir mahnı isə hələ heç bir yerdə səslənməyib. Musiqisi Hakan Erola, sözləri Leyli İsrafilovaya məxsus mahnı "Mən görmədim" adlanır. Zamiqin bu mahnısını isə rejissor Anar Hüseynov lenta alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB