Qalmaqallı klipmekir Zöhrab Ağayev şou-biznes əhlini "ağ yuyub, qara sərdi". Rejissor özlərinə birinci deyən bəzi müğənniləri "cücə" adlandırdı. Zorik hətta onları geyindiyi coraba belə layiq görmədi. SİA-ya açıqlama verən Ağayev bunları dedi: "Yerdən çıxan cücələr özlərini birinci hesab edirlər. Ancaq bilmirlər ki, nömrə 1 olmaq üçün yeni-yeni mahnılar yazdırıb klip çəkdirməli, konsertlər verməlidirlər. Hətta Azərbaycanı xarici ölkələrdə də təmsil etməlidirlər. Eyni zamanda da özlərini ulduz hesab edən müğənnilərin şəxsi stilistləri və prodüsserləri olmalıdır. Çanta daşıyanları yox. Yoxsa kreditə götürdüyü maşını, 5 gün keçməmiş əlindən alırlar. Sonra da deyirlər ki, bizdən yoxdur. Mən ulduzam. Əksəriyyəti ulduz yox, ancaq mənim corabım ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB