Sevinc Ağaşirinova evlənir ?

Azərbaycan estradasının tanınmış müğənnisi Sevinc Ağaşirinova sevgilisindən danışıb. O, hazırda xoşbəxt olduğunu deyib. SİA-ya açıqlama verən Sevinc hələ ki, toy haqqında fikirləşmədiyini söyləyib: "Şəxsi həyatımda hər şey yaxşıdır. Ailəm və yaxın dostlarımla çox xoşbəxtəm. Onlarla birgə sevdiyim şəxs də var. Sözügedən insan mənə yaşamaq üçün ruh verir. Onu da deyim ki, sevdiyim şəxs həmkarlarımdan deyil. O, başqa sahədə çalışır. Hələ ki, evlənməyi düşünmürəm. Ancaq gələcəkdə çox şey ola bilər. Həyat surprizlərlə doludur. Ümumiyyətlə, mən surprizləri sevirəm. Allah bu xoşbəxtliyi mənə çox görməsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə