Ceniferin Lopezin 5 təyyarə və 65 yük maşını “cehizi” gəlib FOTO

Ceniferin Lopezin 5 təyyarə və 65 yük maşını “cehizi” gəlib FOTO

Dünyaca məşhur müğənni Cennifer Lopezin Bakı Kristal Zalındakı konserti üçün hazırlıqlar artıq başlayıb. SİA-nın məlumatına görə, bu barədə konsertin piar işləri ilə məşğul olan, Omnikomo Music Groupun rəsmi facebook səhifəsində qeyd olunub.

Səhifədə bildirilib ki, müğənninin konsertinə hazırlıq üçün 65 yük maşını, 5 təyyarə olmaqla texniki avadanlıqlar Bakıya gətirilib. Avadanlıqların quraşdırılması üçün 500 nəfər işçi heyəti toplaşıb.

Qeyd edək ki, məşhur müğənni sentyabrın 23-də Bakı Kristal Zalında konsert proqramı ilə çıxış edəcək. Saat 21:00-da başlayacaq konsertə mətbuat nümayəndələri buraxılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə