Məşhur stilist ilk dəfə anasını gördü

"Anam çox gözəl idi"
Məşhur stilist ilk dəfə anasını gördü

Azərbaycanın məşhur və qalmaqallı stilisti Samir Əliyevin İnternat evində böyüdüyü heç kimə sirr deyil. Bu yaşına qədər tək yaşayan stilist heç vaxt nə atasını nə də anasın görməyib.

Dünyaya gələndən anasını tanımaq eşqi ilə yaşayan Samir bu gün onu görüb. Amma əfsuslar olsun ki, onlar ancaq yuxuda görüşə biliblər. SİA-ya açıqlama verən Samir anasını gördüyü yuxunu dəhşətə bənzədib. Stilistin sözlərinə görə, o, hələ də özünə gələ bilmir: "Anamı ilk dəfə idi görürdüm. Bu yaşıma çatmışdım və heç vaxt onu görməmişdim. Çox kədərli yuxu idi. Məni dünyaya gətirən ananı ilk dəfə və bəlkə də sonuncu dəfə yuxuda görmək məni çox üzür. Mən həmişə onu görmək üçün can atmışdım. Amma heç bilmirəm ki, onu harda axtarım. Vallah, yerini bilsəydim, gedib görərdim onu".

Stilist onu da qeyd etib ki, anası məhz onun təsəvvür etdiyi kimi idi: "Anam çox gözəl idi. Həmişə onu belə xəyal etmişdim, gözəl, sakit, mülayim və olduqca mehriban. Mənimlə danışdı, qucaqladı, öpdü məni. Dedi ki, səni dünyaya gətirməyimə peşiman idim. Amma bu gün xoşbəxtəm ki, sən bu həyatda varsan. Anaları sevmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə