Azərbaycan estradasının tanınmış müğənnisi Sevda Yahyayeva sentyabr ayı üçün nəzərdə tutduğu yeni işləri barəsində danışıb. Müğənni bu il də məhsuldar işləyəcəyinə söz verib. SİA-ya açıqlama verən Sevda bunları deyib: "Sentyabr ayı üçün yeni mahnılarım işiq üzü görəcək. Mahnımın biri Türkiyədə, digəri isə Bakıda aranjiman olunacaq. Sözügedən mahnının biri Pərviz Mahmudovun bəstəsinə və Aynur İsmayılovanın sözlərinə yazılan "Sən" adlı mahnıdır. Digərinin isə musiqisi Nazim Məmmədova, sözləri Rəşad Dağlıya aiddir. Repertuarımda bir çox mahnıların olmasına baxmayaraq "Sən" adlı mahnını çox bəyənirəm".
Xanım Yahyayeva azərbaycanlıları başqa xalqlarla da müqayisə edib: "Azərbaycanlılar musiqini çox sevirlər. Bizim ölkənin tamaşaçıları digər xalqlardan tələbkardılar və hər şeyi çox gözəl bilirlər. Odur ki, bizim tamaşaçıları aldatmaq çox çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB