Cenifer, Rihanna və Şakiranın Bakı konsertinə jurnalistlər buraxılmayacaq-
"Bu qərarı biz yox, bizdən daha yuxarıda əyləşənlər verib”
Bakıda "Crystal Hall"da solo-konsertləri keçiriləcək dünya şöhrətli müğənnilər Jennifer Lopez, Rihanna və Şakiranın konsertlərinə jurnalistlər buraxılmayacaq. Bu barədə SİA-ya konsertin təşkilatçısı, "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkətinin PR və marketinq direktoru Zaur Darabzadə məlumat verib.
Onun sözlərinə görə, konserti işıqlandırmaq istəyən jurnalistlər üçün akreditə mümkün olmayacaq: "Konsertdə iştirak etmək istəyən media nümayəndələri ancaq bilet almaqla zala daxil ola bilər. Akreditə sistemi ləğv olundu. Bu qərarı biz yox, bizdən daha yuxarıda əyləşənlər verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB