Space telekanalında aparıcı Günel Hümbətova ilə müğənni Günay İbrahimlinin təqdimatında yayımlanan "Plus minus" verilişində dəyişiklik baş verib? Tədbirlərin birində SİA-nın fotokamerasına tuş gələn Günel və Günay ATV-nin məşhur simalarından olan Rüfət Ağayevlə bir masada əyləşmişdilər.
Elə fotokameramıza birgə poz verən simalar sanki bir verilişdə çalışırdılar. "Plus minus" verilişini birgə tamaşaçılara təqdim edən Günel və Günaya qoşulan Rüfət verilişdə iştirak etmək istəyini də gizlətmədi: "İndi deyəcəklər Rüfət Günel və Günayla birgə veriliş aparır. Amma belə də maraqlı olar, iki xanım bir bəy. Bilirəm ki, bu, qızların da ürəyincədir".
Rüfətin fikrinə dəstək olan Günel isə bu sözləri dedi: "Həqiqətən çox maraqlı olar. Kaş Rüfət elə bizimlə birgə çalışardı. Onunla veriliş aparmaq şəxsən mənə zövq verərdi".
Teleaparıcılara həmkar olan müğənni Günay İbrahimli də R. Ağayev haqda fikirlərini dilə gətidi: "Mən də Rüfətə "hə" deyirəm. Ancaq əfsuslar olsun ki, onun bizimlə birgə veriliş aparması sadəcə bir arzudur".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB