Klipdə ayağı burxulan müğənni nə etdi?

Klipdə ayağı burxulan müğənni nə etdi?

Bu gün "Eurovision 2011" in qalibi Eldar Qasımov "I am free" mahnısına çəkdirdiyi solo klipinin təqdimat mərasimini keçirir. İfaçı jurnalistləri bir qədər gözlətdikdən sonra zala teleaparıcı Leyla Əliyevayla birgə daxil olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Eurovision 2011" in qalibi Eldar Qasımov, teleaparıcı Leyla Əliyeva, "Ok" jurnalının baş redaktoru Zəhra Bədəlbəyli, media nümayəndələri və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan Eldar ilk solo lahiyəsinin olduğunu xüsusilə diqqətə çatdırıb: "Çox həyəcanlıyam. Bilmirəm nədən başlayım. "I am free" klipi iyun ayının sonları Ukraynanın Kiyev şəhərində lentə alınıb. "Eurovision 2011" in qalibi Nigarla Kiyevdə rəqs etdik və həmin rəqsdən sonra qərara gəldim ki, klip çəkdirim. Peşəkar rəqqas olmasam da, inanıram ki, klipimdəki rəqsimdən razı qalacaqsınız. Klip çəkilişlərindən öncə məşqdə ayağım burxulmuşdu. Buna baxmayaraq klip zamanı oynaya bildim. "I am free" klipində mənimlə birgə qız da var idi. Adını dəqiq bilməsəm də sözügedən xanımı bir çoxlarının arasından seçmişdim. Klipdən sonra sözügedən xanımı axtarırdım ki, öz təşəkkürümü bildirim. Onu da deyim ki, bu mahnını Azərbaycan dilində ifa etməyəcəm. Ancaq "I am free" mahnısının remixi gözlənilir. Mahnını ayrıldığım şəxsə də həsr edərdim. Çünki "I am free" tərcümədə azadlıq deməkdir. Sevdiyim şəxsə demək istərdim ki, artıq mən də azadam. İnsana təklik də lazımdır. Ancaq çəkiliş meydançasında yenidən aşiq oldum".

Tədbirdə söz alan teleaparıcı Leyla Eldarın maraqlı rəqs etməyindən danışıb: "Eldarın rəqs qrupu ilə çıxış etməsi çox maraqlı idi. Çünki o hər zaman lirik mahnılar ifa edib. İndi isə Eldarı rəqs edən gördükdə, bu, məndə maraq doğurdu".

Onu da nəzərinizə çatdıraq ki, bir çox tamaşaçılar tərəfindən sevilən "I am free" mahnısı özünü qəflətən keçmiş məcburiyyətlərdən və bağlılıqlardan azad hiss edən bir insanın emosional portretini yaradan mahnıdır.

Qeyd edək ki, hazırda tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə