Nanə Ağamalıyeva hind qızlarına “meydan oxudu”

Teleaparıcı Bollywood rejissorları ilə bir arada
Nanə Ağamalıyeva hind qızlarına “meydan oxudu”

ATV telekanalının məşhur aparıcılarından olan Nanə Ağamalıyeva reklam çarxına çəkilib. SİA-nın məlumatına görə, çəkilişlərini həyata keçirmək üçün Hindistanın Şri-Lanka adasına yollanan Nanə hind peşəkarları ilə birgə çalışıb.

Özünün "Gün keçir" verilişinin sponsoru olan şirkətlərdən birinin reklam çarxlarını ərsəyə gətirənlər sırasında azərbaycanlı rejissor, Nanə ilə birgə çalışan Əzizə Dünyamalıyevanın da zəhməti var. Reklam çarxının ideya müəllifə məhz Əzizədir.

Bollivud rejissorlarının tərifinə layiq görülən Nanə çəkiliş zamanı fotosessiyanı da unutmayıb.

Odur ki, gözəllikdə hind qızlarına "meydan oxuyan" Nanəni siz də izləyin.

Bütün xəbərlər Facebook səhifəmizdə