Gənc ifaçı Şuşanı hara ilə əvəz edəcək?

Gənc ifaçı Şuşanı hara ilə əvəz edəcək?

Azərbaycanlı gənc müğənni, xalq musiqi janrının ifaçısı Nərgiz Hüseynova repertuarında yer alan "Gəlmədin yar" mahnısına klip çəkdirməyə hazırlaşır. Klipin rejissoru hələ müəyyənləşməyib.

Bu barədə SİA-ya müğənni özü məlumat verib. Onun sözlərinə görə, mahnının musiqisi Hakan Erola, sözləri isə Leyliyə məxsusdur.

İfaçı bu il həm də ilk solo albomunu təqdim etməyə hazırlaşır.

Əslən şuşalı olan Nərgiz onu da deyib ki, o, klipini doğma şəhərində çəkdirmək arzusunu reallaşdıra bilməsə də, Şuşaya bənzər məkanda lentə aldıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə