Azərbaycan estradasının tanınmış müğənni və bəstəkarı Tunar Rəhmanoğlu yeni proyektləri haqqında məlumat verib. SİA-ya açıqlama verən bəstəkar, onu sevənlərə surpriz edəcəyini də söyləyib: "Sevənlərimə xoş xəbər verim ki, yeni albom üzərində çalışıram. Eyni zamanda da nəzərimdə tutduğum bir neçə mahnıya klip çəkdirməyi düşünürəm. Hətta yaxın zamanlarda yeni mahnım da işiq üzü görəcək".
Müğənni ən çox sevgi mövzusunda mahnı ifa etməyinin səbəblərini də açıqlayıb: "Bəstələdiyim və ifa etdiyim musiqilərin əksəriyyəti sevgi mövzusundadır. Sevgi mövzusuna üstünlük verməyimə səbəb cavanlardır. Eyni zamanda da sevgisiz həyatı təsəvvür etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB