Türkiyənin tanınmış müğənnisi Emre Aydın Bakıya gəlir. "A plus production"nın rəhbəri Əli Hüseynovun təşkilatçılığı ilə paytaxtımızda qonaq olacaq Emre Aydın 17 noyabr tarixində konsert proqramı ilə çıxış edəcək.
Əlinin SİA-ya verdiyi məlumata görə, Emre Bakı səhnəsində tək deyil, məşhur müğənni Sevda Yayhayeva ilə birgə çıxış edəcək. Konsertin təfərrüatları barədə hələ məlumat verilmir.
Onu da bildirək ki, Əli Hüseynov 8 sentyabr tarixində Kempinski oteldə Sevda Yahyayeva ilə türk DJ-i Erdi Erdoğanın möhtəşəm konsertini təşkil etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB