Bu gün ölkənin lider mebel şirkəti Embawood müştərilərinə Star City kolleksiyasının təqdimatını keçirib. Təqdimat mərasimində "Eurovision 2012" mahnı yarışmasında Azərbaycanı təmsil edən Səbinə Babayeva, şirkət rəsmiləri, media nümayəndələri və başqaları iştirak edib.
İlk olaraq çıxış edən şirkətin marketinq Direktoru İlkin Manafov tədbirlə bağlı ətraflı məlumat verib: "1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilən xidmətindədir. Bu vaxt ərzində şirkətdə böyük dəyişikliklər baş verib. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçib. Bu istiqamətdə əsaslı işlər görüb. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından 24 saat sonra pulsuz çatdırılma və quraşdırılma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir. Star City kolleksiyasının hazırlanmasında yerli mütəxəssislərlə yanaşı alman və türk dizaynerlər də iştirak edib. Şəhər (landmark) dizaynlarına əsasən mebellərin hazırlanması bu sahədə prinsipial istiqamət olaraq zamanın tələbatlarına tam cavab verir. Nəzərinizə çatdırım ki, Star City kolleksiyası avqust ayının 15-dən etibarən Embawood mağazalarında tam satışa çıxarılıb. Star City kolleksiyası ilə şirkət özündə 5 əfsanəvi Avropa şəhərinin ab-havasını, evlərdə yaşatmaq hədəfini qoyub. Kolleksiyaya Stokholm, Milan, S-Peterburq, İstanbul və Venesiya adlı 5 mebel dəsti daxildir. Hər bir dəst mənzilin tam konsept şəklində mebellə təhciz edilməsini təmin edir".
Qeyd edək ki, Star City kolleksiyasının rəsmi siması Azərbaycanı "Eurovision 2012" mahnı yarışmasında təmsil edən Səbinə Babayevadır. Mərasimdə Səbinə xanıma da mebel dəsti hədiyyə olunub.
Tədbir Səbinə Babayevanın ifası ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB