Reperin Azərbaycanda fəaliyyət göstərməsinə qadağa qoyulacaq?
Tanınmış reper Hüseyn Dərya ölkəni tərk etməyə hazırlaşır. Reper SİA-ya verdiyi açıqlamasında bildirib ki, o, 3 gündən sonra Rusiyaya yola düşür. Əgər danışıqlar baş tutsa, Dərya Azərbaycanı birdəfəlik tərk edəcək. Çünki müqavilənin əsas şərti onun yalnız Rusiyada fəaliyyət göstərməsidir.
"Əgər şərtlər ürəyimcə olsa, sənətimi Rusiyada davam etdirəcəm. Çox güman ki, artıq burada fəaliyyət göstərməyə icazəm olmayacaq. Bu sövdələşmə baş tutsa, replərimi də rus dilində ifa edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB