Uzun zamandır səsi-sorağı gəlməyən müğənni Coşğun Viləşdən xəbər var. SİA-nın məlumatına görə, müğənni yaradıcılığında yenilik etməyə hazırlaşr. İfaçı yeni mahnılarından ibarət ikinci albomunu ərsəyə gətirməyi planlaşdırır. Viləş yeni işi ilə jurnalistləri də tanış etməyi düşünür.
Albomla yanaşı Coşğun yeni klip də çəkdirib. Klipin hansı mahnıya çəkildiyini bilməsək də, onu rejissor Rüfət Şahbazovun lentə aldığı deyilir. Klipdən dərhal sonra isə müğənni gənc həmkarı və tələbə yoldaşı Fidan Hüseynova ilə duet ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB