Flora Kərimovayla İlhamə Quliyeva barışmayıb!

Flora Kərimovayla İlhamə Quliyeva barışmayıb!

Uzun illər düşmən olan Azərbaycanın iki xalq artisti İlhamə Quliyeva ilə Flora Kərimovanın gizlincə barışdıqları haqda bir çox saytlar məlumat yayıblar. Məktub primadonnanın prodüsseri Lamiyə Ələkbərqızının adından açılmış elektron ünvandan göndərilib. Bu barədə SİA-ya açıqlama verən Lamiyə xəbərin yalan olduğunu deyib.

Prodüsser sözügedən məsələ haqda heç bir media qurumuna informasiya vermədiyini və hansısa bir elektron ünvanına məlumat göndərmədiyini dilə gətirib: "Mənim mail ünvanım yoxdur və adımdan istifadə edib mail ünvanı açan insana tərbiyəsiz adı verərdim. Özbaşınalığı kim edibsə, qanun qarşısında cavab verəcək. Artıq İlhamə xanım yazılanlar barəsində məlumatlıdır. Demək belə çıxır ki, hər yerindən qalxan elektron ünvan yaradıb adımızdan istifadə edə bilər. Xeyr, bu arzularını gözlərində qoyacağıq. Belə insanlara ayıb olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə