Azərbaycan Dövlət Muğam Teatrının direktoru, əməkdar incəsənət xadimi Arif Qazıyev xalq artisti Aygün Kazımovaya olan münasibətini açıqlayıb. Tədbirlərin birinə qatılan rejissor pop divanı görüncə onu tərif atəşinə tutub. SİA-nın fotokamerasına tuş gələn simalar birgə poza verməkdən də çəkinmədilər.
Aygün Kazımovanın əlindən tutan Arif Qazıyev xalq artistini dünyanın ən gözəl xanımı adlandırıb: "Azərbaycan səhnəsinin ən gözəl xanımlardan biri məhz Aygün Kazımovadır. O, çox gözəldir. Bunu bəlkə özü də bilmir. Amma hazırda səhnədə olan xanım müğənnilərinin "gözü" elə Aygün Kazımovadır. Mən onu çox istəyirəm".
Arif Qazıyevdən tərif eşidən müğənni də ona böyük hörmət bəslədiyini dilə gətirdi.
Buyurun, Arif Qazıyevlə Aygün Kazımovanın səmimi görüntülərini təqdim etdiyimiz şəkillərdə izləyə bilərsiz:
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB