Emin: "JLO ilə eyni səhnəni paylaşmaq əvəzolunmazdır" FOTO

Emin: "JLO ilə eyni səhnəni paylaşmaq əvəzolunmazdır" FOTO

"Mən Cennifer Lopezlə eyni səhnəni bölüşəcəyimə görə çox şadam. Dünyanın ən gözəl və uğurlu müğənnisi ilə eyni səhnəni bölüşmək həm də çox həyəcanlıdır". SİA-nın məlumatına görə, bunu Bakıda sentyabrın 23-də "Baku Crystal Hall"da solo konsertlə çıxış edəcək dünyaca məşhur müğənni Cennifer Lopezlə eyni səhnəni bölüşəcək azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov öz saytında yazıb.

Emin bildirib ki, Cenniferlə o, hələ 10 il bundan əvvəl tanış olmaq imkanı əldə edib. İki sənətçinin tanışlığı isə Cennifer Lopezin brendi JLo ilə işbirliyi müddətində olub: "İndi isə biz onunla artıq səhnədə görüşəcəyik və bu çox əvəzolunmaz hissdir".

Bütün xəbərlər Facebook səhifəmizdə