Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov dünya şöhrətli Cennifer Lopezlə eyni səhnəni bölüşəcək. Müğənninin Bakıda konsertinin təşkilatçısı "Omnikomo Music Group"un PR və marketinq şöbəsindən SİA-ya verilən məlumata görə, Emin sentyabrın 23-də "Baku Crystal Hall"da keçiriləcək Cennifer Lopezin solo konsertində səhnəyə çıxacaq. Eminin Cennifer Lopezdən öncə səhnəyə çıxaraq bir saata yaxın sevənləri qarşısında ifa edəcəyi gözlənilir.
Emin Ağalarov repertuarında sevilən və seçilən, dünya hit-paradlarında ön sıralarda olan kompozisiyaları sevənləri qarşısında oxuyacaq. Bu Eminin sözügedən səhnədə "Eurovision 2012" mahnı müsabiqəsinin final şousundakı yaddaqalan ifasından sonra ikinci çıxışı olacaq.
Qeyd edək ki, Emin eyni zamanda sentyabrın 22-də Bakıda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının açılışında da Cennifer Lopeslə bir səhnədə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB