Azərbaycanın məşhur müğənnisi Rəhim Rəhimlinin 5 ildir çalışdığı Lider TV kanalından uzaqlaşması xəbəri yayılıb. "Rəhim Rəhimli Lider TV-dən qovulub" başlığı ilə yazılan xəbər müğənnini qıcıqlandırıb. Xəbəri təqzib edən Rəhim bu cür şaiələrin hardan qaynaqlandığını da eksklüziv olaraq SİA-ya açıqladı: " Əvvəla "qovulmaq" kəliməsi sənətçiyə yaraşmaz. Hansı zəmanədə yaşayırıq? İtlə pişik zəmanəsindəyik? Bu xəbəri hardan dəqiqləşdirib yazırlar, anlamıram. Səhər tezdən Sevinc adlı bir xanım məndən müsahibə almaq üçün zəng etdi və kobud danışdı. Mən isə yuxulu idim və ona xatırlatdım ki, o, sənətçi ilə danışır. Qız isə mənə heç gözləmədiyim bir cavab verdi- "Sənətçi ilə yox, şou-biznes nümayəndəsi ilə. Müslüm Maqomayev dünyadan köçəndən sonra sənət də bitib." Mən də bu sözləri eşidib, dəstəyi yerə qoydum. İndi bu xəbəri yazan elə həmin xanımdır. Bunu dəqiq bilirəm. Mən Liderdən çıxmamışam. Xəbər kökündən yalandır. Hazırda kanalın qapısından içəri daxil oluram. Bu xəbəri yazan isə çox savadsızdır".
Müğənni onu da əlavə etdi ki, onun "Oyna Dostum" verilişində bəzi dəyişikliklər baş verəcək: "Verilişimdə bir az format dəyişikliyi olacaq. İndi hazırlıq mərhələsindəyik. Verilişin həftədə neçə dəfə efirə gedəcəyini bilmirəm. Amma oktyabrın ilk günlərindən tamaşaçılara nümayiş olunacaq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB