Daha bir Qran-Pri mükafatı FOTO

Yaltada "Vostoçnıy bazar" ("Şərq bazarı") səkkizinci Beynəlxalq estrada müğənnilərinin televiziya müsabiqə-festivalı başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycanın estrada müğənnisi Cəlal Abbasov müsabiqənin baş mükafatına - Qran-Priyə layiq görülüb.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə müsabiqəyə qatılan C.Abbasov 27 ölkəni təmsil edən 31 ifaçı arasından seçilib.

Müsabiqənin seçim turları və qala konserti 10-dan çox ölkə telekanalı vasitəsilə canlı yayımlanıb. Bu mükafat Cəlal Abbasovun artıq sayca dördüncü Qran-Prisidir.

Qeyd edək ki, ötən il bu festivalda Azərbaycanı gənc estrada müğənnisi Ayaz Qasımov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə