Müğənnilər qəssablıq etdi

Xəzər TV-də yayımlanan "İkinci sənət" verilişinin növbəti qonaqları bəlli olub. SİA-nın məlumatına görə, aparıcı Aida Mehdiyevanın təqdimatında nümayiş olunan verilişdə ifaçılar Elşad və Rəvan Qarayev gizli bacarıqlarını üzə çıxarıb. Məşhurlar özlərini qəssab və avtoyuyucu kimi sınayıb.

Qeyd edək ki, "İncilər" media qrupunun ərsəyə gətirdiyi "İkinci sənət" verilişi çərşənbə günü saat 23:30-da Xəzər TV-nin efirində yayımlanır.

Verilişin çəkilişləri zamanı lentə alınan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə