Azərbaycan şou-biznesinin “düşmənləri” barışdı

Azərbaycan şou-biznesinin “düşmənləri” barışdı

Qalmaqallı klipmeyker Zöhrab Ağayev populyar müğənni Natəvan Həbibi ilə barışıb. SİA-nın verdiyi xəbərə görə, bir neçə vaxt öncə "Natəvanla mənim aramda heç vaxt barışıq ola bilməz. Bundan sonra bu dünyada mənim üçün belə bir insan yoxdur!", -deyən Zorik sözündən dönüb və barışıq üçün ilk addımı özü atıb. Barışıq şou-məkanların birində baş verib. Natəvan Həbibi isə buna adekvat reaksiya verib.

Qeyd edək ki, iki dost arasında yaşanan düşmənçiliyə bilavasitə Aygün Kazımova səbəb olmuşdu. Rejissorun xalq artisti ilə mehribançılığı, Aygün Kazımova ilə düşmən münasibətdə olan Natəvan Həbibiyə xoş gəlməmişdi.

Zöhrab Ağayev "Bu heç də Aygün Kazımovaya acıq vermək üçün atılan addım deyil. Sadəcə illərin dostları olaraq küsülü qala bilmədik."

Xatırladaq ki, telefon zəngləri və mesajlarla Zöhrab Ağayevi təhqir edən və hədələyən Natəvan Həbibi klipmeykerin yazılı müraciətindən sonra Səbayıl rayon 9-cu Polis Bölməsinə çağrılıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 52 AZN məbləğində cərimə olunub. Bununla da işə xitam verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə