Ona qarşı dörd nəfər də iddia qaldırıb
Rəqsanənin başı yenə dərddə

Məşhur müğənni Rəqsanə İsmayilova ilə keçmiş prodüseri Təranə Səmədovanın münasibətləri yenidən gərginləşib. Rəqsanə haqda cinayyət işi açılıb. Müğənniyə qarşı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işinə başlanılıb. Buna səbəb isə Rəqsanənin keçmiş prodüseri Təranəyə və onun keçmiş sevgilisi Faiq Azayevə "pul atması" olub.

Təranə Səmədovanın SİA-ya verdiyi məlumata görə, bu məhkəmədə bütün qaranlıq məsələlər bəlli olacaq: "Rəqsanənin məhkəməlik o qədər işi var ki. Elə bütün günü möhkəmələrdədir. O, həmişəki kimi hamıya borcludur. Mənə 27 min manat, Faiq Azayevə isə 200 min manatdan çox borcu var".

Təranənin sözlərinə görə, Rəqsanəyə qarşı dörd fiziki şəxs də iddia qaldırıb. İddiaçılar Rəqsanənin onlara külli miqdarda pul borcunun olduğunu bildiriblər.

Xatırladaq ki, məsələ ilə bağlı Rəqsanənin telefonlarına zəng etsək də, müğənni ilə əlaqə saxlamaq mümkün olmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə