Azərbaycanlı zabit Ramil Səfərovun vətəninə gətirilərək azad edilməsinə xalq artisti, məşhur müğənni Aygün Kazımova da biganə qalmadı. Sənətçi hər bir vətəndaş kimi xəbəri böyük sevinclə qarşıladığını dilə gətirdi. Hisslərini SİA ilə bölüşən xalq artisti bu sözləri dedi: "Hər bir azərbaycanlı kimi sevindim və eyni zamanda kövrəldim. Bundan öncə mən Ramilin ad günündə atasının müsahibəsini oxudum və çox pis oldum. Hətta bəzi media nümayəndələri onun haqqında yalnış məlumatlar da yazırdılar. Ancaq ardınca Ramil Səfərovun öz vətəninə gətirilməsini və azad edilməsini eşidincə sevincdən gözlərim doldu".
Aygün xanım artıq Milli Ordunun mayoru olan Ramil Səfərov üçün nə edə biləcəyini də dilə gətirdi: "Fikirləşdim ki, mən Ramil üçün nə edə bilərəm? Mən onun üçün mahnı oxuya bilərəm, toyunda yaxından çıxış edə bilərəm. Ad günündə iştirak edə bilərəm. Yetər ki, onun qəlbindən hansısa bir arzu və istək, təklif keçsin. Allah onu xoşbəxt eləsin və Tanrı onu bizə çox görməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB