Azərbaycan estradasının tanınmış müğənnisi Sevinc Ağaşirinova yay istirahətindən qayıdıb. İstirahətdən qayıdan xanım müğənni yaradıcılığında etmək istədiyi yeniliklərindən danışıb. Müğənni yeni duet ortağından da söz açıb. SİA-ya açıqlama verən S.Ağaşirinova bu gündən etibarən yalnız kişi həmkarları ilə duet oxuyacağını da bildirib: "Yay mövsümü ərzində "Son sevgim" adlı mahnım işiq üzü gördü. Ancaq bununla kifayətlənməyərək yeni mahnılar üzərində çalışıram. Ən böyük yeniliyim isə müğənni və bəstəkar Tunar Rəhmanoğlu ilə oxuyacağımız duet olacaq. Onu da nəzərinizə çatdırım ki, Röyayla duet oxuduqdan sonra fikirləşmişəm ki, heç bir qadın həmkarlarımla duet oxumayım. Bu gündən etibarən duet hədəfim yalnız kişi həmkarlarım olacaq".
Xanım Ağaşirinova ona pislik edənlərə və qalmaqallara sürükləyən insanlara da öz ismarıclarını göndərib: "Heç kimlə qalmaqal etmək fikrim yoxdur. Bəzi vaxtlar olub ki, məni dava-dalaşa çəkmək istəyiblər. Ancaq mən kimsə ilə konfliktə girmək istəməmişəm. Elə düşünməyin ki, kimdənsə və ya nədənsə qorxuram. Onu da xüsusi ilə deyim ki, kiminləsə qalmaqal etmək istəsəm lazım olan faktlarla ortaya çıxıb həmin adamı biabır edə bilərəm. Sadəcə olaraq pislik edib, pislik görmək istəmirəm. Həmçinin fikirləşirəm ki, pislik etdiyim insandan mənə daha çox ziyan gələ bilər. Bu kimi insanları öz ixtiyarlarına buraxmışam ki, mənimlə işləri olmasın. Bir məsələni də nəzərinizə çatdırım ki, yaxın zamanlarda dostlarımdan kiçik pislik gördüm. Çox sağ olsunlar. Ancaq unutmasınlar ki, mənə heçnə edə bilməzlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB