Azərbaycan estradasının məşhur müğənnilərindən biri Sevda Yahyayeva solo konsert proqramı ilə çıxıb edib. SİA-nın məlumatına görə, Kempinski oteldə baş tutan konserti təşkilatçı Əli Hüseynov ərsəyə gətirib.
İctimai Televiziyanın (İtv) simalarından biri Kamran Quliyevin aparıcılığı ilə baş tutan konsertdə Türkiyədən təşrif buyuran məşhur DJ Erdi Erdoğanla yanaşı bizim DJ Çina da çıxış edib.
Deyilən vaxtdan bir saat sonra başlayan konsertdə səhnəyə öncə Sevda Yahyayeva çıxıb. Al qırmızı və qısa ətəkli libası ilə göz oxşayan ifaçı ən sevimli mahnılarını səsləndirib. Çıxışını bitirən Sevdadan sonra səhnəyə DJ Erdi çıxıb. O, gecəyarısına qədər maraqlı diskoteka təşkil edərək gəncləri əyləndirib.
Onu da qeyd edək ki, konsertdə Sevdaya dəstək olmaq üçün onun həmkarı, məşhur müğənni Zamiq Hüseynov da gəlmişdi.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB