Dünən paytaxtın dəbdəbəli məkanlarının birində Azərbaycanın tanınmış teleaparıcısı Afaq Gəncəli doğum gününü qeyd etdi. SİA-nın məlumatına görə, şou-biznesin çoxluq təşkil etdiyi məkanda əsl vur-çatlasın oldu. Qonaqlar sırasında xalq artisti Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Abbas Bağırov, müğənnilər Nura Suri, Rəhim Rəhimli, Natəvan Həbibi, Nadir Qafarzadə, Ayan Babakişiyeva, Elnur Məmmədov, Azad Şabanov, Ayaz Qasımov, Samir Piriyev, teleaparıclar İlkin Həsəni, Rüfət Ağayev, Samir Bayramlı və digər tanınmış simalar var idi.
Mərasim ən yadda qalan məqamlarından biri isə iki tanınmış müğənni Ayan Babakişieva ilə Nura Surinin barışması oldu.
Məlumat üçün bildirək ki, Afaq uzun illərdir ATV telekanalında "10-lar" verilişinin aparıcısıdır.
Foto: Mansur Cəfərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB