Azərbaycanın xalq artisti, estradanın "Pop diva"sı Aygün Kazımovanın "Qol" adlı klipindən hər kəsin xəbəri var. Yeni işi ilə hamını tanış edən müğənnini müxtəlif hədiyyələrlə təbrik edənlər də az olmayıb. Ancaq Aygün xanım üçün ən yaddaqalan hədiyyə onunla birgə çalışan dizayner İbonun Svarovski qaşları ilə bəzədilmiş topu oldu.
Xalq artisti SİA-ya açıqlamasında hədiyyəsindən ağızdolusu danışıb: "İbo gözəl bir sürpriz etdi və mənim üçün Svarovski daşları ilə bəzədilmiş top hədiyyə edib. Topla futbol oynamaq olmaz, ancaq suvenir kimi saxlamaq və növbəti kliplərimdə də ondan istifadə etmək mümkün olacaq. Çox gözəldir".
İndi isə alışıb-yanan hədiyyəsi ilə futbolçulara meydan oxuyan Aygün Kazımovanı siz də izləyin.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB