Məşhur rejissor plastik əməliyyat olunacaq

Məşhur rejissor plastik əməliyyat olunacaq

Azərbaycanın tanınmış rejissoru Nail Naiboğlu əməliyyata hazırlaşır. Rejissorun SİA-ya verdiyi məlumata görə, səbəb Nailin burnundaki problemlərdir. Plastik əməliyyata razılıq verən Nail tamaşaçılarını onu qınamamağa çağırdı: "Xahiş edirəm, tamaşaçılar məni digər şou əhli ilə dəyişik salmasınlar. Məndə burun əyriliyi var. Bu isə nəfəs almağa mane olur. Bunun üçün də əməliyyata girməyə məcburam. Bu əməliyyatın xarici görünüşlə heç bir əlaqəsi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə