Bu gün gənc ancaq bacarıqlı Nurlan Təhməzlinin "İzn ver" adlı klipinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə prodüsser Pənah Eldaroğlu, teleaparıcı Vüqar və başqaları iştirak edib. Sözügedən mahnının sözləri reper Nadoya, musiqisi isə Elvin Musayeva məxsusdur.
Xatırladaq ki, bu, Nurlanın ilk klipi deyil. O, bu klipdən əvvəl müəllimi, xalq artisti Samir Cəfərovla birgə, dahi sənətkar, xalq artisti Zeynəb Xanlarovanın repertuarından "Əsən yellər" adlı mahnısına çəkilmiş kliplə də ekranlarda görünüb.
Qeyd edək ki, Nurlan Təhməzli xalq artistləri Arif Babayev, Canəli Əkbərov və tanınmış vokal ustadları Teymur Əmrah və xalq artisti Samir Cəfərovdan dərs alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB