Azərbaycanın məşhur telaparıcısı Murad Əzimzadənin bəzi kompleksləri üzə çıxıb. Bütün günü kameraların qarşısında olan Murad sən demə, yaman utancaq imiş. SİA-ya açıqlama verən telaparıcı maraqlı məqamları etiraf etdi: "Mən evin tək övladıyam. Nə bacım, nə qardaşım var. Buna görə də məni bir az ərköyün böyüdüblər. 12 yaşıma qədər sırtıq bir uşaq olmuşam. Amma yeniyetmə dövrüm bitəndə başladım utanmağa. Mən kütlə arasında olanda həyəcanlanıram. Elə bilirəm hamı mənə baxır və hər hansı bir qüsur axtarır. Söz danışanda səsim titrəyir. Ətrafımda çox insan olanda qızarıram. Danışanda da çox utanıram. Çünki sözümün, hərəkətimin qarşımdakına mənfi təsir edəcəyini düşünürəm. Bəlkə də bu, kompleksdir".
Gənc və yaraşıqlı bir aparıcının bu cür xüsusiyətə sahib olması yəqin onun şəxsi həyatına da təsir edib: "Əks cinsin nümayəndələrinə qarşı həssas bir utancaqlığım var. Əgər mənim yanımda hər hansı bir məşhur xanım və ya həmkarım əyləşsə mən başlayıram utanmağa. O mənə bir söz deməsə, mən də kəlmə kəsməyə bilərəm. O susduqca mən də susaram. İlk addımı xanımlardan gözləyənlərdənəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB