“Yumruqlanan” Rüfət nələr dedi ?

“Yumruqlanan” Rüfət nələr dedi ?

Bəzi şayiələrə görə, müğənni Rüfət Axundovun həmkarı Gülay Qədirovanın həyat yoldaşı tərəfindən döyülüb. Xəbərdə hadisəyə şahidlik edənlərə istinadən bildirilir ki, zarafatlarından qalmayan R.Axundov həmkarının həyat yoldaşı, idman məşqçisi Kamil Zeynalovun yumruqlarına tuş gəlib.

Hadisəylə bağlı Rüfət Axundovla əlaqə saxladıq. SİA-ya açıqlama verən Rüfət məsələyə aydınlıq gətirdi: "Bu xəbəri eşidəndə mən də çox təəccübləndim. Belə bir xəbərin yayılması doğru deyil. Çünki biz Kamillə çox yaxşı dostuq. Xəbəri yayanlar yəqin məni gözü gütürməyənlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə