Şou-biznesimizin populyar simalarından olan Roza Zərgərlidən cəsarətli addım! SİA-nın məlumatına görə. müğənni "Qəlbdən Sevən" adlı mahnısının klip çəkilişləri üçün Bakıdakı məşhur bir otelin damını seçib. Klipin rejissorluğunu da müğənni öz üzərinə götürüb. Operatoru isə Emin Hüseynovdur.
Müğənnini Zamiq Hüseynovun rəhbərliyi altında ansambl müşayiət edib. Tamaşaçılar gənc aktyor Sultan Yusifzadəni də klipdə görə bilərlər.
Roza Zərgərlinin obrazı üzərində məşhur azərbaycanlı stilist Anar Ağakişiyev çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB