Dünən Azərbaycanın xalq artisi, məşhur müğənni Aygün Kazımova jurnalistlərə təqdim etdiyi "Qol" mahnısına çəkdirdiyi klip münasibəti ilə daha bir özəl gecə təşkil etdi. SİA-nın məlumatına görə, xalq artisti dəvət etdiyi simalar sırasında xeyli seçim aparıb. Müğənni az sayda jurnalist dəvət etdiyi kimi həmkarları arasında fərq qoyub.
Prodüsser Tolikin (Tarix Əliyev) təşkil etdiyi gecədə xanım Kazımovanı təbrik etmək üçün Azərbaycan Dövlət Muğam Teatrının rəhbəri Arif Qazıyev, xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist İlqar Muradov, müğənnilər Nura Suri, Elnur Məmmədov, Zamiq Hüseynov, Günay İbrahimli, Ceyla, Üzeyir Mehdixanlı, Əkbər, teleaparıcılar Nanə Ağamalıyeva, Zaur Nəbioğlu, Rüfət Ağayev, Günel Hümmətova, Günay Firudinqızı, Murad Əzimzadə, DJ Çina, aktyor Coşğun Rəhimov, bəstəkarlar Leyli İsrafilova, Hakan Erol və başqaları toplaşıb.
Mərasimdə xüsusi diqqət cəlb edən xalq artistinin qızı, gənc ifaçı İlqarə İbrahimova oldu. Ulduz anasını təbrik etmək üçün qonaqlarla birgə gecəyə təşrif buyuran İlqarə elə ulduzların əhatəsində əyləşdi. Mərasimdə xalq artisti Zülfiyyə Xanbabayeva da gözümüzə yaxşı əhval-ruhiyyədə göründü. Sənətçi media əhlindən uzaq olmağa çalışsa da, kameralara fərqli pozalara verməkdən imtina etmədi.
Diqqətdən kənarda qalmayan qonaqlar sırasında Nura Suri də oldu. Axı tamaşaçılara bəllidir ki, Nura Suri ilə Aygün Kazımova xeyli müddət küsülü olublar.
Gecənin aparıcı Rüfət Ağayev idi. Mərasimi idarə edən Rüfət, DJ Çina ilə birgə qonaqları əyləndirdi.
Yığıncağın səbəbkarı Aygün Kazımova isə ona hədiyyə olunan və olduqca bahalı qaşlarla bəzədilən topla kameralar önünə keçdi. Xalq artisti fotoqrafların qarşısında idmana olan böyük marağını bir daha nümayiş etdirdi.
Onu da bildirək ki, gecə boyunca Aygün Kazımovanın Namiq Qaraçuxurlunun sözlərinə bəstələdiyi "Qol" mahnısına çəkilən klip dəfələrlə nümayiş olundu.
İndi isə Pop Divanın özəl gecəsində baş verən ən maraqlı məqamları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB