Azərbaycanın tanınmış teleaparıcısı və yenicə müğənniliyə başlayan Zabir Əliyevi məclislərin birində yaxaladıq. Aparıcı gecə boyu gələn qonaqlarla salamlaşaraq fotokameralara səmimi pozlar verdi. Şou-biznes əhli ilə əylənən Zabir oynamaqdan doymadı. Müğənni Roza Zərgərli ilə rəqs edən teleaparıcı özünə yamanca əl qatmışdı.
Tədbir zamanı əlinə mikrafon alıb "Budu" mahnısı ifa edən Z.Əliyev səhnədə həmkarı Lamiyə Ələkbərova ilə əməlli-başlı şou göstərdi.
Fotokameramıza tuş gələn ifaçının geyimi də diqqətimizdən yayınmadı. Sarı şalvarla qısa qara qol köynəyi uzlaşdıran Zabirin ayaqqabları cəlb edici görsənirdi. Qırmızılı qaralı ayaqqabı geyinən teleaparıcı görünür, bunu kəmərindəki rənglərlə uzlaşdırmağa çalışıb.
Foto müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB