Aygün Kazımovanın klipinin adı son anda dəyişdirildi YENİLƏNİB

Aygün Kazımovanın klipinin adı son anda dəyişdirildi YENİLƏNİB

Bu gün xalq artisti Aygün Kazımova mətbuat nümayəndələrini başına toplayaraq FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-də qızlarımıza dəstək üçün ifa etdiyi "Qol" mahnısına çəkilmiş klipini təqdim edib. SİA-nın məlumatına görə, təbirdə Aygün Kazımova ilə yanaşı onun mətbuat katibi Şahin Cavadsoy jurnalistləri salamlayaraq klipin hazır variantının bir neçə saat öncə Türkiyədən gətirildiyini deyib.

Nəzərinizə çatdıraq ki, klip surprizsiz ötüşməyib. Belə ki, onun orijinal versiyası ilə elə jurnalislərlə birgə tanış olan xalq artisti klipin adınının ondan xəbərsiz dəyişdiyini gördü. Aygün Kazımova yeni işini "Milli Futbol" adlandırsalar da Türkiyəli peşəkarlar son adna klipin adını dəyişib "Qol" ediblər.

Onu da əlavə edək ki, "Qol" adlı mahnını Aygün xanım Namiq Qaraçuxurlunun sözlərinə bəstələyib. Klipin rejissoru Türkiyədə məhşur olan Murad Küçük, görüntü rejissoru isə Veli Kuzludur. İstanbulda lenta alınan mahnının aranjmençısı ölməz Azərbaycan bəstəkarı Emin Sabitoğlunun tələbəsi kimi tanınan Volga Tamözdür. "Qol" mahnısının ərsəyə gəlməsində həmçinin azərbaycanlı musiqiçilər Ramin və İsmayıl Əsədovun zəhməti olub.

Çəkilişləri iyulun ilk onğünlüyündən başlayaraq avqustun əvvəllərinə qədər davam edən ekran işi xalq artistinin müqaviləsi əsasında çalışdığı Tükiyənin nüfuzlu "Dokuz Sekiz Müzik Yapım Şirkəti"nin təşəbbüsü ilə "FilmLine" kompaniyasında istehsal olunub. Türkiyədən gəlmiş peşəkar komandanın üzvləri Aygün Kazımovanın da içində olduğu vertalotla Bakı səməlarında çəkilişlər edib. O, paytaxtımız gözməli məkanlarını, idman arenalarını göstərmək şərti ilə mükəmməl klip təqdim etməyə müvəffəq olub. Klipdə qızlardan ibarət Milli yığmamızın futbolçu heyyəti də Aygün xanımla tərəf müqavili qismində çıxış ediblər.

Qeyd edək ki, Aygün Kazımovanın uşaqlıqdan həndibola böyük marağı olub. O, gənclərdən ibarət yığmanın kapitanı olub. Aygün Kazımova idman ustalığına namizəddir.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə