Türkiyədə fəaliyyət göstərən əməkdar artist Azərin yaradıcılıq işlərini genişləndirib. SİA-nın xəbərinə görə, əməkdar artist təkcə ifası ilə deyil, o cümlədən vətənpərvərliyi ilə də fərqlənən sənətçidir. Artıq xeyli müddətdir ki, qardaş ölkədə çalışan Azərin Türkiyənin TRT Avaz telekanalında aparıcılıq edir. Müğənni aparıcılıq etdiyi verilişdə Azərbaycan mədəniyyətini, musiqisini yüksək səviyyədə təbliğ edir. Sənətçinin təqdim etdiyi "Azərinlə bir Avaz" verilişinin bu dəfəki qonaqları bəlli olub.
Qeyd edək ki, sözügedən verilişin qonaqları Bolqarıstanın xalq artisti Yıldız İbrahimova və Bosniyanın tanınmış ulduzu Eldin Şçseinbeqoviçdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB