Azərbaycan estradasının tanınmış müğənnisi Nüşabə Ələsgərli bəzi cavan ifaçılara güldüyünü deyib. Xanım Ələsgərli şou-biznesdə fəaliyyət göstərən əksəriyyət gənc müğənniləri karifeylərə hörmət etməməkdə günahlandırıb. SİA-ya açıqlama verən Nüşabə xanım, özlərindən razı olan şou əhlini savadsız adlandırıb: "Karifeyləri saymayan cavan ifaçılara gülməyim gəlir və söyləmək istəyirəm ki, yazıqlar, siz nə gündəsiniz? Yeni oxuyan müğənnilərə məsləhət görərdim ki, özlərindən razılıq etməsinlər. Biz bəndələrdən də öncə Allah elə insanları sevmir. Atalar düz deyib ki, "Ağac bar verdikcə başını aşağa əyər". Mənim tərbiyəmdə böyük-kiçik yerini bilmək və sadə, səmimi olmaq var. Özlərindən razı olan insanlar savadsızdırlar. İndiki, cavan ifaçılar ən azından təhsil almalıdırlar ki, təlim-tərbiyənin nə demək olduğunu bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB