Məhşur itkin düşüb

Məşhur "Qladiator" filmindən tanıdığımız aktyor Russel Crowe Nyu- Yorkda su xizəyi edərkən itib. SİA-nın verdiyi xəbərə görə, 48 yaşlı aktyor şənbə günü dostu ilə su xizəyi etmək üçün yola çıxıb, ancaq havanın tutqunlaşması ilə əlaqədar yolunu itirib. Üzərlərində xilasedici jileti olan dostlar hadisədən yara almadan xilas olublar. Bədbəxt hadisədən qurtulan dostlar gecə "twitter" sosial şəbəkəsi vasitəsi ilə, onları qurtaran işçilərə təşəkkür edib. Crowe 4 saata qədər suda qaldıqlarını söyləyib.

Qeyd edək ki, aktyor Long İslanda rejissorluğunu Darren Aronofsky edən və 2014-cü ildə viziona girəcək "Noah" filminin çəkilişləri üçün gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə