Azərbaycanlı model haradadır?

Türkiyənin tanınmış tekstil fabriki Azərbaycan modelyerin eskizləri üzərində çox maraqlı geyimlər hazırlayıb. SİA-nın bu işbirliyindən məmnun qalan tərəflər əməkdaşlığı davam etdirmək üçün növbəti müqaviləni də imzalayıblar. Öz yaradıcılıq təxəyyülünü geyimlərində gerçəkləşdirən modelyer həmçinin milli brend yaratmaq arzusunu da reallaşdırmaq fikrində qətidir. Elə bu məqsəd ilə Fikrət Əliyev butik açaraq xanımların arzu və istəklərini yerinə yetirməyə söz verib. Sentyabrın 6-si geniş tamaşaçı kütləsi Fikrət Əliyevin gecə ziyafət geyimlərindən ibarət kolleksiyaları ilə yaxından tanış ola bilər.

Butikdə keçiriləcək sərgidə "Fikrət Collection" markası altında hazırlanan libaslar şou nümayyəndələri və müxtəlif telekanalların aparıcıları tərəfindən təqdim olunacaq. Şou-biznes xanımları bu təqdimatda özlərini model kimi sınayacaq.

Qeyd edək ki, təqdimatda həmçinin Azəri Top Model müsabiqəsinin qalibi Ləman Əlizadə və Moskvadan dəvət olunan model İlona Şvedyuk da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə