Bəstəkar-müğənni Rəhim Rəhimli gənc müğənni Elvin Abbasov üçün yeni mahnı yazıb. "Nağıllar" adlanan bu mahnını Rəhim Rəhimli əvvəlcə özü oxumaq istəsə də, sonradan fikrini dəyişərək onu Elvinə 4000 manata satıb. Musiqisi Rəhimin özünə, sözləri Elvin Aydına məxsus "Nağıllar"da bek-vokalları da Rəhimli özü ifa edib. Bunu normal hesab edən Rəhim SİA-ya bu sözləri dedi: "Burada nə var ki? Dünyanın ən məşhur ifaçıları bek-vokallıq edirlər. Əslində bu, çox çətin işdir və təbii ki, mənim bəstələrimə özümdən gözəl heç kim vokallıq edə bilməz".
Elvin Abbasovun ifasında səslənən həmin "Nağıllar"ı ilk olaraq sizə də təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB