Yaşar Cəlilov bunu da etdi

Gənc və populyar müğənni Yaşar Cəlilovun kino aləmindən sorağı gəldi. Belə ki, hitə çevrilən "Bilməzdim" mahnısı yeni çəkilən serialı saund-trekinə çevrilib.

Bu barədə SİA-ya müğənninin özü məlumat verib: "Bilməzdim" mahnısı yaradıcılığımda sözün əsl mənasında çevriliş etdi. Ondan sonra bir neçə tutarlı mahnılarım olub, lakin hara gedirəm, "Bilməzdim" tələb olunur. Bir halda ki, yenə də "Bilməzdim"lə kino aləminə dəvət aldım, düşündüm ki, nəyi pisdir, qoy mahnım daha da uzunömürlü olsun".

Sözügedən çoxseriyalı filmin rejissoru Mahir Cananovdur. "Satko" adlanan serial yerli telekanalların birində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə