Gənc ifaçı: “Onsuz da heç kimi özümə rəqib görmürəm”

Gənc ifaçı: “Onsuz da heç kimi özümə rəqib görmürəm”

Yenicə şou-biznesə qatılan gənc müğənni Seva bu sahədə heç kimi özünə rəqib görmədiyini deməklə yaman iddialı danışıb. Bəstəkar Hakan Erolla iş birliyinə başlayan müğənni artıq onun mahnısını da lentə alıb. Mahnı mətninin müəllifi Leyli İsrafilovadır. Hazırda "Yenə-yenə" mahnısını təqdim edən Seva bu yaxınlarda bəstəkar Pərviz Mahmudovun "Eşq dəlisi" adlı yeni mahnısını lentə almağı düşünür. Radio dalğalarında tez-tez səslənən mahnılarının dinləyicilər tərəfindən maraqla qarşılandığını bildirən Seva gənc müğənnilərin sözünü demiş ifaçılara söz ataraq gündəmə gəlməyinə də SİA vasitəsi ilə münasibət bildirib: "Qalmaqalı sənəti, səsi olmayan və digər vasitələrlə diqqət çəkmək istəyənlər edir. Onları müğənni belə adlandırmaq istəməzdim. Kiməsə söz atıb gündəmə gəlməkdən asan nə var ki? Mənim məqsədim mahnılarımla yadda qalmaqdır. Onsuz da heç kimi özümə rəqib görmürəm. Çünki özümə və səsimə güvənirəm"

Bu yaxınlarda klip çəkdirməyi planlaşdıran Sevinc səhnədə yeni addımlarına baxmayaraq artıq Persona Milli Mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə