Azərbaycan estradasının tanınmış, qalmaqallı müğənnisi Kərim Abbasov tədbirlərin birində fotokameramıza tuş gəlib. SİA-nın verdiyi xəbərə görə, müğənni məclisə girər-girməz hər kəslə zarafatlaşaraq görüşməyə başlayıb. Həmkarları ilə doyunca söhbət edən Kərim, səhnəyə çıxaraq yeni mahnısını ifa edib. İfası zamanı özünə əl qatıb oynayan müğənni zalda əyləşənləri də rəqs etməyə dəvət edib. Müğənni mahnısı və rəqsləri ilə qonaqların könlünə oxşayıb.
Fotokameramıza tuş gələn Kərim Abbasovun geyimi də diqqətimizdən qaçmayıb. Geyimlərinə xüsusi diqqət ayıran ifaçı bu dəfə də ənənəsinə sadiq qalaraq səliqəli geyinib. Göy köynəklə ağ şalvarı və ağ ayaqqabları uzlaşdıran Abbasov görünür, hər zaman diqqət mərkəzində qalmağı sevir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB