Qırğızıstanda fəaliyyət göstərən türkdilli dövlətlərin siyasətinə dəstək fondunun musiqi və mədəniyyət şöbəsinin müdiri eyni zamanda, Qırğızıstanda Azərbaycanlıların Əlaqələndirmə şöbəsinin koordinatoru Şahmar Tapdıqovun müsahibəsini SIA-nın oxucularına təqdim edirik:
- İlk öncə həyat tarixçənizdən məlumat verin. Şahmar Tapdıqov kimdir?
- Musiqi aləmində mənə "Şah" kimi müraciət edirlər. Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşam. Musiqiçi ailəsində böyümüşəm. Kiçik yaşlarımdan musiqini çox sevmişəm. Ancaq Qarabağ müharibəsindən sonra 1996-cı ildə Qırğızıstana getmişəm. Oraya getdikdən sonra diaspora yaratdım. Diaspora yaranandan sonra məni diasporanın nəzdində musiqi və mədəniyyət şöbəsinin rəhbəri seçiblər.
- Məhz Qırğızıstana getməyinizə səbəb nə idi ?
-Oraya getməyimə səbəb 1930-1940-cı illərdə qohumlarımız sürgün olunmağı olub. Eyni zamanda qırğız xalqı mənə çox maraqlı idi.
- Qırğızıstan xalqınının azərbaycanlılara qarşı münasibəti necədir?
-1996-cı ildən 2012-ci ilə qədər çox şey dəyişilib. İllər öncə bizi yaxşı tanımırdılar. Bəzi Orta Asiya xalqları Azərbaycanın müsəlman ölkəsi olduğunu bilmirdilər. Hətta mətbəximizi və musiqimizi belə tanımırdılar. 2008-ci ildə Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov cənabları bizim fondun dəstəyi ilə Azərbaycana təşrif buyurdu. Gediş-gəliş genişlənməyə başladı və bununla da bizi tanımağa, hörmət etməyə başladılar. Yəni ki, ötən illərə nisbətən əlaqələrimiz genişlənib. Demək olar ki, azərbaycanlıları tanıyırlar. Hətta sevinirlər ki, "Eurovision 2012" mahnı müsabiqəsi Azərbaycanda keçirilib. Həmin müsabiqəyə Qırğızıstanda dostlarımla birgə baxırdıq.
- Azərbaycanda qalıb şou-biznes aləminə qoşulmaq fikriniz varmı ?
- İndi Azərbaycan şou-biznesinə qoşulmaq dəb halına gəlib. Onu da deyim ki, azərbaycanlı sənətçi dostlarım çoxdur. Mənə yaxın olanı isə Aslan Hüseynovdur. Hər zaman dəstək olan böyük bacım Nisə Qasımovanı da çox istəyirəm. Sözügedən xanımla vaxt olanda görüşürük. Mənimlə görüşən zaman deyir ki, yaddaşlarda qalmaq üçün qalmaqal yaratmalıyam və yaxud da onlar kimi geyinib sırğa taxmalıyam. Mən isə sözügedən şou-biznes əhli kimi ola bilmərəm. Ulduz olmasamda məni tanıyanlar çoxdur. Onu da əlavə edim ki, Aslan Hüseynovun "Reyhan" və Nisə Qasımovanın "Səni görüm gərək" oxuduqları mahnıları mən bəstələmişəm.
- Sırğa taxan müğənnilər dedikdə kimləri nəzərdə tutursunuz ?
- Azərbaycanda sırğa taxan müğənnilərimiz saysız-hesabsız dərəcədə çoxdur. Hətta kişi xalq artistlərimiz belə sırğa taxır. Bakıya 4-5 günlük qonaq gəldiyim üçün kiminsə adını çəkmək istəmirəm.
- Qalmaqallardan qorxursunuz?
- Xeyir. Onlar məndən qorxsunlar.
- Sizin fikrinizcə, Azərbaycan şou-biznesinə kimlər yararlı deyil?
- Şou-biznesin əksər nümayəndələri pul qazanmaq üçün efirlərə tez-tez çıxaraq məntiqsiz mahnılar oxuyurlar. Ancaq elə ifaçılarımızda var ki, qalmaqal yaratmadan belə gündəmdədirlər və ayın 25-30 günü toylarda olurlar. Bəziləri də deyir ki, mən azərbaycanlıyam. Xarici ölkədə konsert verərək millətimizi təbliğ edirəm. Ancaq onlar yalan deyirlər. Çünki hansısa klublarda şou göstərmək nə vaxtdan konsert vermək olub ?
- Yaradıcılıq işləriniz şəxsi həyatınızda problem yaradır ?
- İşlərim şəxsi həyatımda çox problemlər yaradır. Klip çəkilişlərində daha çox yaradır. Çünki klip çəkilişləri zamanı xanımlar çox olur. Ona görə də həyat yoldaşım çox qısqanır. Dəfələrlə evi tərk edib. Ancaq sonra anlayıb ki, oğlumuz var. Allaha şükürlər olsun ki, indi hər şey öz qaydasındadır.
- Bu zamanadək həyat yoldaşınıza xəyanət etmisiniz?
- Bəli həyatımda ikinci qadın olub. 8 il onunla yaşamışam. Həyat yoldaşımla yaşadığım xanım arasında seçim qarşısında qalmışam. Çox fikirləşdikdən sonra öz ailəmə qayıtmışam. Eyni zamanda da sözügedən xanımı bədbəxt etmək istəmədiyimdən ayrılmalı olmuşam. Çətində olsa da dost kimi ayrılmışıq. Ayrıldıqdan sonra bir il əlaqə saxlamışıq. Daha sonra sözügedən xanım Moskvaya gedib. Bununla da ailəmə xəyanətim bitib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB