Xalq artistinin vəziyyəti necədir?

Bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasında ürək əməliyyatı keçirən xalq artisti İlhamə Quliyevanın hazırda vəziyyəti yaxşıdır. Bu barədə müğənninin prodüsseri Lamiyə Ələkbərqızı məlumat verib: "İlhamə xanım, çox ağır əməliyyat keçirdi. Həkimlər əməliyyat zamanı beş donor istifadə edəcəkdilər. Ancaq heç bir donordan istifadə etməyə lüzum qalmadı. Çünki öz damarlarımdan üçünü ürəyinə qoydular. Əməliyyat beş saat yarım çəkdi. Hər şey uğurla baş tutdu. Xalq artistini tanınmış ürək cərrahı, doktor Rəşad Mahmudov əməliyyat etdi. İlhamə xanıma sözügedən xəstəxanada çox yaxşı qulluq edirlər. Onu da deyim ki, ziyarətinə gələnlərin ardı-arası kəsilmir. Odur ki, palatanın qapısı önündə xüsusi mühafizəçi qoyulub".

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva bir həftə Mərkəzi Neftçilər Xəstəxanasında qaldıqdan sonra evə buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə