Bu gün onun doğum günüdür

30 yaşını qeyd edən Abbas Bağırova fanatlarından hədiyyə olunub. SİA-nın verdiyi xəbərə görə, Abbassevənlər ona "Facebook" sosial şəbəkəsində və "Twitter"də yeni fan klub rəsmi səhifə açıblar. Bu münasibətlə "Youtebe"də qısa video süjetlə çıxış edən müğənni fanatlarına bildirib ki, bundan sonra onlara bir addım daha yaxın olacaq: "Mənim ilk dəfə olaraq rəsmi fan klub səhifəm açılıb. Bundan sonra mənim eksklüziv mahnılarım, şəkillərim, videolarım və bir çox xəbərlərim "Facebook" və " Twitter" rəsmi fan səhifəmdə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə