Azərbaycan modelyerinin türk tikiş fabriki ilə ilk iş birliyi baş tutub. SİA-nın verdiyi xəbərə görə, qarşı tərəf bizim modelyerin eskizləri üzərində çox maraqlı libaslar hazırlayıb. Bu yaxınlarda Fikrət "Collection" markası altında geyim kolleksiyaları alıcılara təqdim olunacaq. Kolleksiya əsasən ziyafət və gündəlik geyimlərindən ibarətdir. Fikrət Əliyevin ən böyük arzusu Azərbaycan brendi yaratmaq və bu brendi ölkəmizin hüdudlarından kənarda da təbliğ etməkdir. Hazırda Fikrət Əliyev türk geyım şirkətinə təqdim olunacaq növbəti kolleksiyalar üzərində çalışır.
Nəzərinizə çatdıraq ki, Fikrət "Collection"dan bəzi nümunələri "Top Azəri Model" müsabiqəsinin qalibi Ləman Əlizadənin təqdimatında nəzərdən keçirə bilərsiniz.
Qeyd edək ki, yeni kolleksiya payız mövsümü üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB